Dərc edilib: 14-09-2018

https://www.nuh.az/17172-.html

Tovuzda dəhşət - 21 yaşlı oğlanın qulağını kəsdilər

14.09.2018 12:44:36

Kriminal

Tovuz rayonunda dava olub.

 

 Trend-in  məlumatına görə, hadisə rayonun Alakol kəndində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Ələsgərov Elşən Rövşən oğlu kənd ərazisində döyülüb.

Hadisə nəticəsində E.Ələsgərovun sağ qulağının arxa hissəsi kəsilib.

Yaralı xəstəxanaya gətirilib və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib