Dərc edilib: 15-09-2018

https://www.nuh.az/17180-.html

Narla bağlı şəkil çəkin və 2000 qazanın

15.09.2018 12:10:47

Hadisə

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşəbbüsü ilə təşkil olunmuş “Nardan doğan rənglər” adı altında foto müsabiqəyə start verilir.

“Qafqazinfo” xəbər verir ki, müsabiqə bir ay ərzində (15- Sentyabr : 15-Oktyabr tarixlərində) keçiriləcək..Müsabiqədə iştirak etmək və mükafat fondu 2000, 1000  və  500 manat olan 3 - qalib yerlərdən birinə sahib olmaq isə çox asandı. Bunun üçün həvəskar və yaxud peşəkar olan fotoqraflar “Nar dünyasını” əks etdirən çəkdiyi foto şəkili ANİİA-nın elektron ünvana göndərməlidir..Müsabiqənin daha ətraflı şərtləri ve gedişatı ilə bağlı ANİİA-nın rəsmi səhifəsi olan www.pomegranate.az və instagram səhifəsindən https://www.instagram.com/aniia.official/ əldə edə bilərsiz..

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası müsabiqədə iştirak edəcək hər bir iştirakçıya uğurlar arzulayır!

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib