Dərc edilib: 16-09-2018

https://www.nuh.az/17193-.html

Hüsni Mübarəkin iki oğlu həbs edildi

16.09.2018 11:06:24

Kriminal

Misirin sabiq prezidenti Hüsni Mübarəkin iki oğlu həbs edilib.
Qaynarinfo xəbər verir ki, ölkə polisi sabiq dövlət başçısının övladlarının və daha üç nəfəri qiymətli kağızların qeyri-qanuni alış-verişi ittihamı ilə saxlayıb. Məhkəmə dinləmələri oktyabrın 20-nə təyin edilib. 
İddialara görə, həbslərə səbəb sabiq prezidentin kiçik oğlu Qamal Mübarəkin siyasi ambisiyaları ilə əlaqəlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib