Dərc edilib: 18-09-2018

https://www.nuh.az/17212-.html

Qətər əmiri Ərdoğana dünyanın ən bahalı təyyarəsini bağışlayıb

18.09.2018 07:33:44

Hadisə

Qətər əmiri Tamim bin Həməd Əl Tanı Türkiyə prezidentinə təyyarə bağışlayıb.

“Qafqazinfo” xəbər verir ki, əmirin Rəcəb Tayyib Ərdoğana hədiyyəsi olan “Boeing 747-8” dünyada ən iritutumlu və ən bahalı təyyarə hesab edilir. Belə ki, hava nəqliyyatı 94 nəfərlikdir və onun dəyəri təxminən 500 mln. dollardır. 

Azərbaycan səfərindən qayıdan zaman jurnalistlərin bu barədə sualını cavablandıran Türkiyə prezidenti məlumatı təsdiqləyib. O, “ Dəyəri təxminən 500 mln. dollar olan təyyarə satışa çıxarılmışdı və biz onunla maraqlanırdıq. Bu barədə eşidən Qətər əmiri təyyarəni şəxsən mənə yox, Türkiyəyə hədiyyə edib”- deyib.

R.T. Ərdoğan onu da bildirib ki, təyyarədə hazırda rənglənmə işləri aparılır, proses yekunlaşdıqdan sonra uçuş həyata keçiriləcək. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib