Dərc edilib: 18-09-2018

https://www.nuh.az/17218-.html

Hikmət Hacıyevə yüksək vəzifə verildi

18.09.2018 12:29:39

Müsahibə

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, virtualaz.org saytının yaydığı məlumata görə, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qalır. Bu baxımdan Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.

H.Hacıyev 1979-cu ildə Gəncədə anadan olub. BDU-nun beynəlxalq münasibətlər fakültəsinin məzunudur, habelə Belçikanın ULB universitetində təhsil alıb. 2000-ci ildən XİN-də işləyir. 2014-cü ildə nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib