Dərc edilib: 19-09-2018

https://www.nuh.az/17230-.html

Nazirin işdən çıxardığı şəxsə vəzifə verildi

19.09.2018 13:15:46

Maraqlı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub.

 unikal.org   xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə Samir İdayətov Milli Geoloji Kəşfiyyat xidmətinin rəis müavini təyin olunub.
Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun rəhbəri Samir İdayətov olub. O, Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmri ilə vəzifəsindən azad olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib