Dərc edilib: 20-09-2018

https://www.nuh.az/17252-.html

Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)

20.09.2018 19:39:16

Siyasət

Xəbər verildiyi kimi, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ötən gün Prezident İlham Əliyev yüksək dövlət mükafatını - 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini daxili işlər naziri, general-polkovnik Ramil Usubova təqdim edib. 
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib