Dərc edilib: 23-09-2018

https://www.nuh.az/17274-.html

Abşeronda vulkan püskürdü: alovun hündürlüyü 300 metrə çatdı (VİDEO/

23.09.2018 13:54:18

İdman

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

 

yenicag.az  xəbər verir ki, bu gün saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib. İkinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb. Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb. Qeyd edək ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib. **** Səhər saatlarında Azərbaycanda vulkan püskürüb. Qaynarinfo xəbər verir ki, püskürmə Abşeronda qeydə alınmış palçıq vulkanlardan birində baş verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib