Dərc edilib: 26-09-2018

https://www.nuh.az/17303-.html

Məmmədbağır Nazpərini sevirmiş

26.09.2018 14:55:37

Maraqlı

Mərhum xalq artisti Məmmədbağır Bağırzadənin vaxtilə xalq artisti Nazpəri Dostəliyevaya aşiq olduğu açıqlanıb. 


Bu barədə “Şou ATV” proqramında məlumat verilib.  Əvvəlcə, verilişdə qonaq olan xalq artisti barədə süjet təqdim olunub.  Həmin görüntülərdə M. Bağırzadənin Dostəliyevanı sevməsi barədə fikirlər səsləndirilib. 

Müğənni də xalq artistinin  ona sevgi münasibətinin olması barədə danışıb: “Deyirdilər ki, Məmmədbağır Bağırzadə yazdığı mahnılar mənə həsr olunur. Amma ona həmişə sənətkar gözündə baxmışam. Onun mənə böyük sevgi və istəyi olub”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib