Dərc edilib: 27-09-2018

https://www.nuh.az/17311-.html

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

27.09.2018 07:49:19

Dünya

 Nyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş başlayıb.

“Qafqazinfo” bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib