Dərc edilib: 28-09-2018

https://www.nuh.az/17316-.html

“Amerika verdiyi sözün üstündə durmadı” - Ərdoğan

28.09.2018 07:55:05

Müsahibə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya səfərindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan BMT Baş Assambleyasının Nyu-York sessiyasının nəticələrini şərh edib. O, ABŞ-ı verdiyi sözün üstündə durmamaqda günahlandırıb:

“ABŞ Suriyanın Münbiç şəhəri üzrə razılaşdığımız yol xəritəsinə və təqvimə əməl etməyib. PYD/YPG həmin bölgəni hələ də tərk etməyib. Bölgənin əsl sahibləri hələ də oraya yerləşdirilməyib. Amerika verdiyi sözün üstündə durmadı”

NUH informasiya agentliyi səhifəsindən çap edilib