Dərc edilib: 28-09-2018

https://www.nuh.az/17321-.html

Üç gündə 3 açılış: "Bakcell" bu dəfə Zaqatalada (FOTOLAR)

28.09.2018 15:14:34

İqtisadiyyat
Bu gün Zaqatalada "Bakcell"in yeni Satış və Xidmət Mərkəzinin açılış mərasimi olub.

NUH.az   xəbər verir ki, "Bakcell" rəsmilərinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə "Bakcell"in baş icraçı direktoru Nikolay Beckers çıxış edərək, "Bakcell" rabitəsinin və xidmət mərkəzlərinin regionlara doğru sürətlə genişləndiyini söyləyib.
"Zaqatalada ilk dəfə oluram və biz bura əliboş gəlməmişik. Belə ki, yeni açılan Müştəri Xidməti Mərkəzimizə yaxınlaşan ilk 50 nəfərə "Bakcell"in 4G data kartını hədiyyə edəcəyik. Həmin müştərilər bununla yanaşı eyni zamanda 1 ay pulsuz internet trafiki qazanacaqlar", - deyə o, bildirib.
Qeyd edək ki, son 3 gündə "Bakcell" 3 yeni mərkəzinin - Göyçayda diller mağazası, Qəbələ və Zaqatalada isə satış və xidmət mərkəzlərinin açılışını edib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib