Dərc edilib: 29-09-2018

https://www.nuh.az/17325-.html

Ramil Usubov rəisi vəzifəsindən azad etdi

29.09.2018 07:48:22

Hadisə

Daxili işlər naziri Ramil Usubov polis rəisini işdən çıxarıb.


 Unikal.org-un verdiyi məlumata görə, nazir Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidovun işdən azad edilməsi ilə bağlı əmr imzalayıb. 

Məlumatı Tərtər Rayon Polis Şöbəsindən təsdiqləyiblər.

Şöbədən bildirilib ki, hazırda rəis vəzifəsini polis polkovniki İlqar Fərəcov icra edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib