Dərc edilib: 29-09-2018

https://www.nuh.az/17326-.html

İlham Əliyev Paşinyanla Qarabağdan danışdı - Rəsmi

29.09.2018 07:57:00

Siyasət

Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib