Dərc edilib: 29-09-2018

https://www.nuh.az/17330-.html

Elgün Məmmədovun Nəsmidəki işıq kəsən qoçuları

29.09.2018 12:03:49

Cəmiyyət

Mingəçevir İES-də baş verən qəza  cənab Prezident İlham Əliyevin dediyi kimi ölkəni  qaranlığa qərq etdi. Ancaq bəzi işbazlar, məmurlar  bu qaranlıqdan öz cibləri üçün istifadə etdilər.

Belə ki, qəzanın nəticəsində  xeyli sayda ticarət və ictimai-iaşə obyektlərində, çörək sexlərində və s müxtəlif  qəzalar, hətta yanğın baş verdi. Yəni bu hadisələrin baş verməsinin səbəbkarı  obyekt sahibləri deyildi, konkret olaraq Azenerjinin rəhbəri  Etibar Pirverdiyev kimi məsuliyyıtsiz məmurlar idi. Ki cənab Prezident onu da vəzifəsindən qovdu.


Bəs belə olan halda bəzi rayonların işıq idarələri, o cümlədən Nəsimi Rayon Enerji Təchizatı  və Satış İdarəsinin nəzarətşiləri niyə  baş verən fəsadlara görə obyekt sahiblərindən xeyli miqdarda pul yığmağa başladılar. Axı  bir daha deyirik ki, bu məsələ ölkə səviyyəsində baş vermişdi, yəni obyekt sahiblərindən asılı məsələ deyildi. Bəs onda dəyən ziyanı niyə obyekt sahibləro ödəməli idi?

Bu suallara Nəsimi RETSİ əməkdaşı Elgün Məmmədov cavab vermək istəmədi. Bu cavan oğlan  tez-tez mən keçmiş  icra başçısının oğluyam deyib  suallardan yayındı.

Bu məsələdə ziyan çəkənlərdən biri  də iş adamı  Südef Məcidov  ( 050- 309- 00- 54 )  NUH.az-ın  müxbirinə  bildirib ki, həmin məlum hadisədən sonra mənim çörək seximdə də lokla yanğın baş verdi, sayğac yandı  və  1 gün işıq olmadğı üçün obyektim  fəaliyyətsiz dayandı. Və mən buna görə xeyli ziyana düşdüm. Ziyan bir  kənara qalsın, Nəsimi RETSİ-nin 4  nəfər əməkdaşı  başda Elgün Məmmədov olmaqla mənim obyektimə gələrək hədə-qorxu gəldilər və guya qəza mənim günahımdan baş verib. Elgün mənə bildirdi ki,  məni rəsim göndərib ki, get akt tərtib elə və ver məhkəməyə. Mən ona bildirdim ki, axı  qəza mənim səbəbimdən baş verməyib və  mən xeyli ziyana düşmüşəm. Sonradan o öz  iş  yerinə  gedərək  qayıdıb gəldi  və  təklif etdi ki, mən akt tərtib etmirəm, cərimə-filan yazmıram, rəis deyib ki, 1500 manat pul al. Mən məbləğin çox olduğunu ona bildirdim. Onda o mənim yanımda  rəisi ilə telefonla danışdı və 1200  manata razı  oldular. Sonra  Elgün Məmmədov  çıxıb getdi  axşam gələrək  pulu alandan sonra sayğacın və digər lazım olan  avadanlıqlar üçün əlavə 300  manat alandan sonra mənim obyektimə elektrik enerjisi verildi.  Elgün  açıq şəkildə mənə  onu da dedi ki, bu məbləğin çoxu  başqalarına çatır. Mən işimin xatirinə  onunla  razılaşmağa məcbur oldum, ancaq bu haqsızlığa görə Elgünlə mənim aramda mübahisə baş verdi və o mənə dedi bunun əvəzini çıxacam.

Həmin vaxtdan xeyli keçəndən sonra, yəni konkret olaraq 28 sentyabr tarixdə Elgün öz qoçuları ilə gəlib obyektimdəki işığı kəsdilər və obyekt fəaliyyətini dayandırdı, bizə xeyli miqdarda ziyan dəydi.  

Axı, cənab Prezident İlham Əliyev   bütün məmurlara deyir ki, iş adamlarına şərait yaradın, mane olmayın. Bunlar isə kömək əvəzinə qanunsuz olaraq bizim işimizə mane olurlar. Axı obyektin işığını da kəsməyin qanuni, hüquqi yolları var. Bunlar isə özlərini qoçu kimi aparırlar. Həm də görəsən Elgün Məmmədov keçmiş icra başçısının oğlu olduğunu niyə tez-tez obyekt saiblərini gözünə soxur, özündən çox razı halda  iş adamlarını  dövlətdən narazı salır.

Bizə maraqlıdır ki, görəsən Azərişıq rəhbərliyini, konkret olaraq Nəsimi RETSİ-nin rəhbərliyinin Elgünün və onun himayədarının bu əməllərindən xəbəri varmı?

Varsa, niyə tədbir görmürlər?

Növbəti yazıda  Elgün Məmmədovun uzun müddətdir Nəsimi rayon ərazisindəki  obyektlərə  qoyduğu özünəməxsud qaydalar və “summa”lar  barəsində geniş araşdırma yazısı dərc edəcəyik. Və rayon ərazisindəki  iş adamlarının fikirlərini öyrənməyə çalışacağıq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib