Dərc edilib: 29-09-2018

https://www.nuh.az/17331-.html

Tanınmış azərbaycanlı jurnalist ağır xəstəliyə tutulub

29.09.2018 12:26:29

Müsahibə

Tanınmış jurnalist Jalə Mütəllimova bir neçə gün öncə ağır əməliyyat keçirib.

modern.az   xəbər verir ki, artıq xəstəxanadan evə buraxılan jurnalistin vəziyyəti qənaətbəxşdir.
Jalə Mütəllimova açıqlamasında gineokoloji problemdən əziyyət çəkdiyini, əməliyyatdan sonra durumunun yaxşılaşdığını bildirib:
"Dünən xəstəxanadan çıxmışam. Müalicələrimə evdə davam edirəm. Ağır bir xəstəliklə qarşı-qarşıya qalsam da, bundan sonra yaxşı olacağıma ümid edirəm. Vəziyyətim yaxşıdır və 2-3 aydan bir həkim qəbulunda olmalıyam”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib