Dərc edilib: 30-09-2018

https://www.nuh.az/17335-.html

Sumqayıtda avtobus “KamAZ”la toqquşdu - 2 ölü, 15 yaralı+Yenilənir

30.09.2018 10:43:45

Hadisə

Sumqayıtda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.


 "Repor"un   məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb.
Qəzanın təfərrüatları araşdırılır.

***

Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.

Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri Reanimasiya şöbəsində müalicə olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib