Dərc edilib: 30-09-2018

https://www.nuh.az/17338-.html

Cəlilabad RTŞ-nın müdirndən şikayət: Məktəblərdən pul yığılır?

30.09.2018 11:20:45

Günün sitatı

Cəlilabad rayonunun ziyalıları rayon təhsilində baş verən haqsızlıqlardan və özbaşınalıqlardan şikayət edirblər.
Bu barədə paytaxt.org-a rayon ziyalıları şikayət məktubu ünvanlayıblar. Onların bildirdiyinə görə, Cəlilabad RTŞ-nin müdir əvəzi Hafiz Cavadov özünəməxsus "taktiki" dəyişikliklər edərək xərac toplamağa başlayıb. Hafiz Cavadov əvvəllər də əlaltılarının vasitəsilə 129 məktəb direktorunu istismar edilməsində sabiq RTŞ-nin müdirinə yaxından köməklik edib. Adı bir çox qalmaqallarda hallanan H.Cavadov müdir əvəzi olandan sonra hər kəsdə narahatlıq yaranıb.
Şikayətçilərin iddialarına görə, o, 129 məktəb direktorunu RTŞ-yə çağırıb və onun rəhbərliyi altında işləmək istəyənlərə yeni "qiymətlər" açıqlayıb. 
Bundan başqa şikayətçi ziyalılar iddia edir ki, Hafiz Cavadov kənd və rayon məktəblərində sinif komplektləri açdıraraq 1300 manat qarşılığında paralel siniflərin yaradılmasını da təşkil edir. 
Yeni "dəyişikliyə" görə, indi artıq "aylıqlar" inzibati ərazi üzrə bir neçə direktor tərəfindən yığılaraq mərkəzə gətirilir.
Şikayətçilərin bildiriblər ki, kontingentindən asılı olaraq kiçikli-böyüklü bütün məktəblərə "aylıq hesab" qoyulub. İddiaya görə, hər məktəbdə 3-5 texniki işçi ştatının əmək haqlarının da Hafiz Cavadova verilməsi tapşırılıb.
Bu səbəbdən də narazı ziyalılar Prezidentə və Baş Prokurora müraciət edəcəklərini bildirirlər.
 
Bununla bağlı Cəlilabad RTŞ-nin müdir əvəzi Hafiz Cavadovla əlaqa saxladıq. Lakin o, sözügedən şikayətə münasibət bildirmədi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib