Dərc edilib: 02-10-2018

https://www.nuh.az/17354-.html

“Bu qədər universitetə nə ehtiyac var?” - Deputat

02.10.2018 07:34:14

Maqazin

Millət vəkili Fazil Mustafa Azərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib.


“Qafqazinfo” xəbər verir ki, o bu təkliflə parlamentin bugünkü iclasında çıxış edib. Deputat qeyd edib ki, universitetlərin çoxunu birləşdirmək lazımdır:

“Azərbaycanda bu qədər ali məktəbə, universitetə nə ehtiyac var? Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə də savaddan danışmağa dəyər. Bunlara son qoyulmalıdır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib