Dərc edilib: 02-10-2018

https://www.nuh.az/17360-.html

Qüdrət Şükürovun idarəsində yoxlama - Əzizov komissiya yaratdı

02.10.2018 13:12:30

Dünya

Bakı meriyasında inventarlaşma və yoxlamalara başlanılıb.

  BŞİH-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan  məlumata görə, İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı Komissiya yaradılıb.

Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaq. 

Qeyd olunmalıdır ki, inventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir.

Xatırladaq ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun adı mediada tez-tez hallanır. Sonuncu dəfə o, qızına bahalı toy keçirməklə gündəmə gəlmişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib