Dərc edilib: 04-10-2018

https://www.nuh.az/17374-.html

Qalmaqallı rəis işdən çıxarıldı - Prokurorluq yoxlamaya başladı

04.10.2018 11:02:02

Hadisə

Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürov vəzifəsindən azad edilib.


“Qafqazinfo” xəbər verir ki, onun işdən çıxarılması ilə bağlı əmri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov imzalayıb. Q. Şükürovun əmri dünən verilib və hələlik onun yerinə təyinat olmayıb.

Əldə etdiyimiz məlumata görə, bir neçə gün əvvəl BŞİH tərəfindən idarədə başlayan yoxlama daha da genişləndirilib. İH-nin nümayəndələri tərəfindən başlayan yoxlamalara prokurorluq orqanlarının əməkdaşları da əlavə olunub. 

Xəbər Bakı ŞİH tərəfindən “Qafqazinfo”ya təsdiqlənib.

Xatırladaq ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin işdən çıxarılan rəisi Qüdrət Şükürovun adı mediada tez-tez hallanır. Sonuncu dəfə o, qızına bahalı toy keçirməklə gündəmə gəlmişdi. 

Qeyd edək ki, Q. Şükürovun işdən çıxarılması haqda ilk xəbəri musavat.com yayıb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib