Dərc edilib: 04-10-2018

https://www.nuh.az/17378-.html

Deputatın tikinti şirkətinə etiraz: “Özümü yandıracam” (VİDEO)

04.10.2018 11:51:09

İqtisadiyyat
Bakı şəhər Nizami rayonu, Kamil Balakişiyev küçəsində "FVS-inşaat” MMC tərəfindən inşa edilən kooperativ yaşayış binasından mənzil alan Vəliyev Tuncay Vaqif oğlu şirkətdən şikayətçidir.

Şikayətçi bizimyol.info-ya bildirib ki, tikinti şirkəti ona nə evini verir, nə də pulunu.
O, etiraz əlaməti olaraq tikinti şirkətinin yerləşdiyi ünvanın qarşısından keçən avtomobil yolunu bağlayıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, adıkeçən şirkət Goranboydan seçilmiş millət vəkili Mahir Aslanova məxsusdur.
Hadisə yerindən hazırlanan video-süjeti təqdim edirik:

NUH informasiya agentliyi səhifəsindən çap edilib