Dərc edilib: 04-10-2018

https://www.nuh.az/17380-.html

Türkiyədə 7 əsgər şəhid oldu, 5-i yaralandı

04.10.2018 12:08:43

Region

Türkiyənin Batman bölgəsində PKK terrorçularının yol kənarına yerləşdirdiyi bombanın partlaması nəticəsində 7 hərbçi şəhid olub, 5-i yaralanıb.
 Hürriyet   xəbər verir ki, ərazidə yol təmiri zamanı təhlükəsizliyi təmin edən hərbçilər Gercüş ərazisindən keçən zaman bomba işə salınıb. 
Partlayışdan sonra hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım qrupu cəlb olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib