Dərc edilib: 05-10-2018

https://www.nuh.az/17390-.html

"Standard İnsurance” sığorta haqqını ödəmək istəmir (FOTOLAR)

05.10.2018 08:15:13

İqtisadiyyat
2017-ci ilin fevralın 27-də Nəsimi rayonu C.Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsində "Hundai” markalı 10-AA-825 dövlət nömrə nişanlı avtomobil BMV markalı 99-DO-782 dövlət nömrə nişanlı avtomobillə toqquşub.  
Hadisə yerinə DYP nümayəndələri gəlib və məlum olub ki, qəzada zərər vuran tərəf - "Hundai” markalı avtomobilin sürücüsü Cəfərov Natiq Kamal oğludur. Avtomobilin icbari sığortası isə "Standard İnsurance” şirkətinə məxsusdur.
Hadisə yerinə gələn "Standard İnsurance” şirkətinin nümayəndələri 01.03.2017-ci il tarixində BDYP-yə 41317 saylı sorğu göndərib və 03.03.2017-ci il tarixində aiddiyyatı qurum sığorta şirkətinə rəsmi cavab verib.
Hüquq müdafiəçisi İlkin İbrahimov bu haqda EkoNews-a danışıb. O bildirib ki, "Standard İnsurance” sığorta haqqını ödəməkdən boyun qaçırır: "BDYP "Standard İnsurance” şirkətinin sorğusuna rəsmi olaraq cavab verib və orada hadisənin təffərrüatlarını tam qeyd edib. Biz Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət etmişik və onlar da sığortanın ödənilməli olduğunu bildiriblər. Lakin sığorta şirkəti artıq ilyarımdır ki, vətandaşı gecikdirir”.
İlkin İbrahimov bildirib ki, sığorta şirkətinin sədri apelyasiya şikayəti versə də, məhkəməyə gəlməyib və beləcə məsələnin uzadılmasına çalışır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib