Dərc edilib: 05-10-2018

https://www.nuh.az/17391-.html

Məhəmməd adı Avropada sürətlə yayılır

05.10.2018 08:22:03

Dünya

2017-ci ildə Belçikada yeni doğulan oğlan uşaqlarına ən çox Məhəmməd adı verilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belçika Statistika İdarəsi hesabat yayımlayıb.

Məlumata görə, ötən il 718 körpəyə Məhəmməd, 570-nə isə Liam adı verilib.

Məhəmməd adına daha çox paytaxt Brüsseldə yaşayanlar müraciət ediblər. Hazırda bu şəhərdə 18 min 44 nəfər Məhəmməd adını daşıyır.

Qeyd edək ki, ötən ay Böyük Britaniya Milli Statistika Ofisinin açıqladığı hesabata görə, Məhəmməd adı İngiltərə və Uelsdə də ən çox qoyulan adların siyahısında “ilk 10”a girmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib