Dərc edilib: 05-10-2018

https://www.nuh.az/17393-.html

“Atam bəziləri kimi 5 arvad saxlamır” - Aysel

05.10.2018 14:18:59

Cəmiyyət

Tanınmış bloqqer  və biznes leydi Aysel Şükürova atası Qüdrət Şükürovun Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi vəzifəsindən azad olunmasına münasibət bildirib. 


“Qafqazinfo” xəbər verir ki, Aysel instaqramda dünəndən müzakirə olunan mövzuya və ona ünvanlanan suallara cavab verib:

“Şəxsi həyatımdan danışmağı sevməmişəm. Amma bəzən məcbur olursan. Bir-iki kəlmə yazıb söhbəti bağlamaq istəyirəm. Bir daha bu mövzuda danışmayacam. Atam fəhləlikdən bu yerinə kimi öz zəhməti ilə gəlib. Kişi kimi insandır. Bəziləri kimi orda-burda 5 arvad saxlamır. Hər kəs bilir ki, ailəsinə bağlıdır. Atamın işdən çıxıb-çıxmamağı barədə heç nə deyə bilmərəm. Həqiqətən də maraqlanmıram. Bizə onun canının sağlığı  vacibdir. Yenə yalan xəbərlər yazırlar. Heç kim ölənə qədər işləmir. Atam heç kimin pulunu yeməyib, alnıaçıq və təmiz insandır. Heç kim onu şərləyə bilməz”. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib