Dərc edilib: 06-10-2018

https://www.nuh.az/17413-.html

Monserrat Kabalye vəfat etdi

06.10.2018 14:47:45

Hadisə

Məşhur ispan opera ifaçısı Monserrat Kabalye dünyasını dəyişib.  “Qafqazinfo” xəbər verir ki,  85 yaşlı sənətçi Barselonadakı klinikada müalicə alarkən həyatını itirib. 

Qeyd edək ki, Kabalye sentyabr ayında sidik yolunda yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilmişdi. 

Həkimlər onun səhhətinin qaydasında olduğunu bildirmişdi. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib