Dərc edilib: 07-10-2018

https://www.nuh.az/17420-.html

Yunanıstan Almaniyadan müharibə təzminatı tələb edir: 279,8 milyard

07.10.2018 08:29:53

Dünya

Almaniya ordu hissələri 1943-cü ilin oktyabrında Krit adasındakı Kalikratis kəndində 30 yerli sakini partizan dəstələrinə kömək etdikləri üçün öldürüb.
Qaynarinfo xəbər verir ki, 75 il sonra, yəni bu il Yunanıstan höküməti Almaniyadan baş verən hadisə ilə bağlı təzminat ödəməsini istəyib.
Bununla əlaqədar Yunanıstan parlamentinin qəbul etdiyi qərara əsasən, Almaniya 269,5 milyard avro təzminat və 10.3 milayrd avro işğal xərci ödəməlidir.
 
Yunanıstan Almaniyanın cavabından aslı olaraq məsələni Avropa Birliyi ölkələrində və ABŞ-da gündəmə gətirməyi fikirləşir. 
Almaniyanın baş naziri Frank Valter oktyabrın 10-da Yunanıstana səfər edəcək və görüşün əsas müzakirə mövzusunun da bu olacağı gözlənilir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib