Dərc edilib: 07-10-2018

https://www.nuh.az/17425-.html

Nurməhəmmədov Makqreqora qalib gəldi - Fotolar

07.10.2018 09:53:10

İdman

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irland həmkarı Konor Makqreqora qalib gələrək “çempion” titulunu qoruyub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Las-Veqasda “UFC229 turniri çərçivəsində keçirilən döyüşdə ilk iki raund rusiyalı döyüşçünün üstünlüyü ilə keçib. Üçüncü raundda Makqreqor Nurməhəmmədova qalib gəlib.

Dördüncü raund isə Həbibin qələbəsi ilə bitib və o, “UFC çempionu” titulunu qoruyub. Nurməhəmmədovun bu döyüşdən əldə etdiyi qonorarı 2 milyon dollar təşkil edib.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib