Dərc edilib: 07-10-2018

https://www.nuh.az/17428-.html

Bakı Şəhər İcra Hakimiyyətinin binası hara köçürülür?

07.10.2018 10:36:26

Cəmiyyət

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının köçürülməsilə bağlı məlumat məlumatlar dolaşmaqdadır. 
Qaynarinfo xəbər verir ki, icra Hakimiyyətindəki mənbənin modern.az-a verdiyi məlumata görə, bir müddət sonra Meriyanın Bakı şəhəri, İstiqlaliyyət küçəsi 18-də ("İçərişəhər” metrostansiyasının yaxınlığında) yerləşən binasının köçürüləcəyi gündəmdədir. Hətta Meriyanın yeni binasının yeri də artıq müəyyənləşib. Bunun üçün ən münasib yer olaraq "Qış parkı”nın yaxınlığı seçilib. Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov bildirib ki, Meriyanın köçürülməsilə bağlı məlumatı yeni eşidir:
"Bu barədə ilk sizdən eşidirəm. Amma istənilən halda çox maraqlı məlumatdır. Dəyərləndirmək olar”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib