Dərc edilib: 07-10-2018

https://www.nuh.az/17434-.html

Kürdəmirdə 19 yaşlı qız su kanalında intihar etdi

07.10.2018 18:05:18

Region

Kürdəmirdə intihar hadisəsi baş verib. “Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “112” zəng mərkəzindən, Mil-Muğan-Şirvan su kollektorunun Kürdəmir rayonu, Həzi Məhərrəmli kəndi ərazisindən keçən hissəsində, suyun üzərində 1 qadın cəsədinin görülməsi barədə məlumat daxil olub. Məlumat alındıqdan dərhal sonra, xidmətin strukturuna daxil olan “Aran” dalğıc axtarış qrupundan 5 nəfər şəxsi heyət və xüsusi dalğıc avadanlıqları ilə hadisə yerinə göndərilib. İntihar məqsədi ilə özünü kanala atmış Zərdab rayonu Şahüseynli kənd sakini, 1999-cu il təvəllüdlü Həsənova Mətanət Yaşar qızının cəsədi dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib