Dərc edilib: 08-10-2018

https://www.nuh.az/17445-.html

Gənc araşdırmaçı jurnalist zorlandı, sonra qətlə yetirildi

08.10.2018 09:56:37

Hadisə

Bolqarıstanda gənc qadın jurnalist qətlə yetirilib.


“Qafqazinfo” xəbər verir ki, araşdırmaçı jurnalist kimi fəaliyyət göstərən Viktoria Marinova zorlandıqdan sonra boğularaq öldürülüb. 

Qətl hadisəsi ölkənin şimalındakı Rusu kəndində baş verib. 30 yaşlı jurnalist Avropa Birliyi fondlarında olan korrupsiya ilə bağlı araşdırma hazırlayırmış. 

Amma polis cinayətin Marinovanın peşəsi ilə bağlı olmadığını düşünür. 

 





 

NUH informasiya agentliyi səhifəsindən çap edilib