Dərc edilib: 10-10-2018

https://www.nuh.az/17470-.html

"Hacı Mazan"ın ölkədən çıxışına qadağa qoyuldu

10.10.2018 16:32:11

Hadisə

"Hacı Mazan” ləqəbi ilə tanınan iş adamı Ramazan Zeynalovun ölkədən çıxışına qadağa qoyulub.

 BakuPost  xəbər verir ki, buna səbəb biznesmenlə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işinin başlanmasıdır. Belə ki, bir müddət əvvəl biznesmen işçiləri ilə birlikdə ona məxsus binada yaşayan sakinin evinə hücum edib. İstintaq onun bu əməlini xuliqanlıq kimi qiymətləndirib və Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə tövsif edib.
Bu maddəyə görə, təqsirləndirilən şəxs və ya şəxsləri iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
"Hacı Mazan”la yanaşı hadisədə iştirak edən adamlarının da ölkədən çıxışına icazə verilmir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib