Dərc edilib: 11-10-2018

https://www.nuh.az/17473-.html

Elmira Axundova deputat blankında baş prokurora “biznesim yoxdur” yazdı, amma…

11.10.2018 01:18:27

Cəmiyyət

Əfv komissiyasının üzvü, deputat Elmira Axundova deputat blankında məktublar yazıb, oğlu Həbib Axundovun adı qarışan dələduzluq işindən kənar saxlanılmasını istəyib. Mətbuatda onun oğlunun işində dolayı nazirlərə və baş prokurora yalanlarla dolu namə yazması haqda əvvəllər də yazılıb. Nazirlər – Ramil Usubov, Mədət Quliyev, Fikrət Məmmədov, baş prokuror Zakir Qaralova rəsmi deputat blankında ünvanladığı müraciətlə Elmira Axundova 1 məqsədə çatmaq istəyib – oğlu Həbib Axundovun pul aldığı ailə dostları Fərman Məmmədovu həbs olunsun, pullar Axundovlara qalsın.

Görün xanım deputat 11 yanvar 2016-cı ildə baş prokuror Zakir Qaralova nə yazıb: "Mənim özüm heç vaxt biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışam, bu mənim üçün tam yad bir sahədir. Eyni ilə mən Elnur İbrahimovla heç vaxt, heç bir bizneslə məşğul olmamışam, oğlumun və digər şəxslərin onunla hər hansısa biznes münasibətləri qurmalarından xəbərim və məlumatım olmamışdır”.

 

Elmira Axundova deputat blankında baş prokurora “biznesim yoxdur” yazdı, amma…

 

Elmira Axundovanın baş prokurora "biznesim yoxdur” yazdığı günlərdə onun biznesi olub. Ortada onun məktubunda yazdıqları ilə daban-dabana zidd olan faktlar var. Təkcə onun şəhərin mərkəzində, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən, öz adına tikdirdiyi 6 mərtəbəli binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qədər şəxsi biznesinə xidmət edən mülkünü göstərmək kifayətdir ki, xanım deputatın qeyri-səmimiliyi ortaya çıxsın.

Təsəvvür edin ki, Elmira Axundova illərlə dostluq münasibətində olduğu Fərman Məmmədovdan oğlu Həbib Axundovun külli miqdarda pul almasına xeyir-dua verib. Ətraflarındakı hər kəsə - dost tanışlarına da Həbib Axundovun qurduğu biznesə pul yatırmağı məsləhət bilib. Fərman Məmmədov da Elmira Axundovaya inanıb, pulu oğlu Həbib Axundova verib. Və aylar sonra Fərman Məmmədov pullarını geri istəyəndə Elmira Axundova daş atıb, başını tutub ki, bəs pulları qaytaracağıq, imkan ver

 

Elmira Axundova deputat blankında baş prokurora “biznesim yoxdur” yazdı, amma…

 

Müdafiə Nazirliyindən udduğum tenderlərdən pul gəlsin. Ortada səs yazıları, deputatın acizanə xahişləri açıq aydın eşidilir. Amma nə olsun? 

Deputat xanım yeməyib-içməyib, "dövlətin gücü, mənim gücüm” düşüncəsi ilə hucuma keçib.  

Fərman Məmmədov pullarının geri qaytarılacağını gözlədiyi bir vaxtda Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyindən ona zəng ediblər. Onu MTN-ə aparıb orada saatlarla qanunsuz olaraq, heç bir əsas olmadan saxlayıblar. Həbib Axundov əlində 3 telefon MTN-nin 5-ci mərtəbəsindəki İstintaq İdarəsində qalib görkəmində peyda olub. Fərman Məmmədov deyir ki, ona MTN-də bəyan ediblər – buradan çıxmayacaqsan!

Bəs Elmira Axundova Eldar Mahmudova məktub yazıb, ondan pul tələb etdiyinizi qeyd edib. Bunu araşdırırıq! Həbs olunacaqsınız! Həbib Axundov da anasının məktubunun necə yüksək səviyyədə araşdırılmasını müşahidə edib Fərman Məmmədovun "torba”sının necə tikildiyinə şahidliyindən məmnunluğunu gizlətmirmiş. 2015-ci ilin iyununda baş tutan və məktub yazmaqla pul batırma əməliyyatı Elmira Axundovanın ssenarisinə uyğun getməyib. Araşdırıblar, Fərman Məmmədovu da dinləyiblər. Soruşublar ki, deputatdan niyə pul istəyirsən. O da cavab verib ki, pulları məndən Elmira Axundova oğlu Həbibə verməsinə xahiş edib. Deyib ki, işə yatırır. Pulların geri qaytarılacağına qarant da mənəm, oğlumdur. MTN-çilər də Fərman Məmmədovdan dediklərini nə ilə sübut edə biləcəyini xəbər alıblar. Bu səhnəyə qədər qalib görkəmində olan Həbib Axundov bir anda pəjmürdə olub. Qulaqlarına inanmayıb! Fərman Məmmədovun "məndə dediklərimi təsdiq edən səs yazısı var” sözləri deputat oğlu üçün günəşli havada ildırım çaxması effekti verib. Beləcə 2 MTN-çinin əhatəsində Fərman Məmmədov dediklərini sübuta yetirəcək səs yazıları olan diskləri götürmək üçün evinə aparılıb. Oradan MTN-ə 2 disklə qayıdıblar. Və disklərə Həbib Axundovun iştirakı ilə qulaq asıblar. Deputatın Eldar Mahmudova müraciətində yazdıqlarının yalan olduğu onun özünün səs yazıları ilə sübuta yetirilib. Bunu Eldar Mahmudova məruzə ediblər. Az sonra qayıdıb Fərman Məmmədova deyiblər ki, gedə bilərsiz, yaxşı yol.

2015-ci ilin oktyabrında MTN-də məlum əməliyyat keçirilib. 2 ay sonra Eldar Mahmudova yazılan məktubun "şapka”sı dəyişirilib və güc nazirlərinə, baş prokurora göndərilib.

Sən demə, deputat xanım həmin vaxt Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova da eyni məzmunlu məktub yazıbmış. Xanım deputat elə ünvanlara üz tutub ki, orada yalanla çox da uzağa getmək olmur. Adama sadəcə inanmırlar və dolayısı ilə ünvanın səhv seçilməsini ehmalca izah edirlər. Bu dəfə Elmira Axundovanın məktub-müraciəti yola verilib. Onu Eldar Mahmudovun işçiləritək aparıb qanunsuz saxlamayıblar.

Maraqlıdır ki, Elmira Axundova yalvararaq möhlət istədiyi birindən deputat blankında şikayətlər yazdığı kimi Elnur İbrahimovun barəsində bircə dəfə də olsun şikayət yazmayıb. Belə görünür ki, deputat blankında yazılan məktublara verilən reaksiyaların səbəbi də elə bu məqamdan qaynaqlanır…

NUH informasiya agentliyi səhifəsindən çap edilib