Dərc edilib: 11-10-2018

https://www.nuh.az/17479-.html

Bu ölkədə anti-halal kampaniyasına start verildi

11.10.2018 07:54:45

Dünya

Çin hökuməti uyğur müsəlmanlarının yaşadığı Sincan (Şərqi Türküstan) bölgəsində halal qidalar əleyhinə anti-halal kampaniyası başladıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Kommunist Partiyasının rəhbər şəxsləri sosial şəbəkədə elan paylaşaraq hər kəsi kampaniyaya dəstək olmaq üçün and içməyə çağırıblar.

Partiyanın açıqlamasında qeyd edilib ki, halal qidalara olan tələb İslam dininin cəmiyyətə təsir etməsinə şərait yaradır və bu, yolverilməzdir.

Qeyd edək ki, uyğur müsəlmanları son illər Sincanda müxtəlif təzyiqlər və məhdudiyyətlərlə üzləşir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib