Dərc edilib: 13-10-2018

https://www.nuh.az/17516-.html

Qüdrət Şükürov və ailəsi Türkiyədəki evdə gizlənir?

13.10.2018 14:15:23

LIVE

Ötən gün yayılan məlumata görə, Bakı Lift İdarəsinin keçmiş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova Azərbaycanı tərk edib. Məlumatda qeyd olunurdu ki, (unikal.org) 400 minlik toyu ilə gündəmə gələn Aysel Türkiyəyə gedib. Belə ki, Aysel hazırda İstanbul şəhərindədir. Ayselin ölkəyə qayıdıb-qayıtmayacağı haqda məlumat yoxdur.

Bizimxeber.az-a verilən məlumata görə, Almaniyada müalicə aldığı bildirilən Qüdrət Şükürov  da Türkiyədədir. Mənbə bildirir ki, Türkiəyədə evi olan Qüdrət Şükürov həmişə çətin anlarda Tqrkiyədəki evində gizlənib. Bu dəfə də onun İstanbulda olduğu bildirilir. Məlumata görə, Şükürovun türkiyədəki evinin qiyməti 3 milyon manatdan atrıqdır. O bu evi təxminən 2 il əvvəl alıb.

Daha bir məlumata görə, Şükürovun Xətai rayonunda yerləşən və həyat yoldaşının işlətdiyi məhşur gözəllik salonu da satışa çıxarılıb. Bu obyektin dəyəri təxminən 1 milyon manat civarındadır. Məlumatda qeyd olunur ki, Şükürovun Bakıya qayıtmaq niyyəti yoxdur. Bütün ailə üzvlərini ölkədən çıxaran Şükürov doğrudan da ürək və şəkər problemindən əziyyət çəkir.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib