Dərc edilib: 14-10-2018

https://www.nuh.az/17523-.html

Rövşən Lənkəranskinin mənəvi qardaşı həbs olundu

14.10.2018 08:22:31

Maraqlı

Çeçen əsilli kriminal avtoritet, "Şeyx Xəmzət” ləqəbi ilə tanınan Xəmzət Qastəmirov həbs olunub.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, o, Almaniyanın paytaxt Berlində saxlanılıb. "Şeyx Həmzət"in hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil. Onunla birlikdə 17 nəfər saxlanılıb.
Qeyd edək ki, Xəmzət Qastəmirov 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib