Dərc edilib: 14-10-2018

https://www.nuh.az/17527-.html

6 saytın bloku götürülüb

14.10.2018 09:39:06

Mədəniyyət

Azərbaycan ərazisindən girişinə 2017-ci ilin sonlarından məhdudiyyət qoyulmuş 6 saytın blokunun qaldırıldığı bildirilir.

Bu haqda Turan Agentliyinə həmin saytların sahibi, jurnalist İkram Rafiqoğlu bildirib. Söhbət realliq.inforealliq.azrealliqinfo.orgrealinfo.azrealliqinfo.com və realliqinfo.az saytlarından gedir.

İ.Rafiqoğlunun bildirdiyinə görə, təsisçisi olduğu realliq.info saytı 2017-ci ilin noyabr ayında bloklanıb. Bunun ardınca jurnalist realliq.az saytını yaradıb və blok edilmiş saytın məzmunu həmin resursa transfer edilib. Ancaq bir neçə gün sonra həmin sayt da blok edilib.

“Daha sonra realliqinfo.org, realinfo.az, realliqinfo.com və realliqinfo.az saytlarını yaratdıq. Ancaq onların hər biri yaradıldıqdan bir müddət sonar blok edildi”, deyən jurnalistin sözlərinə görə, saytların bloklanması ilə bağlı heç bir məhkəmə qırarı olmayıb.

İ.Rafiqoğlu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bloklanmanın səbəbini öyrənmək üçün müraciət edib, ancaq nazirlik saytları bloklamadığını bildirib.

“Ən sonda əlaqəli bütün qurumlara, o cümlədən Prezident Adminstrasiyasına müraciət etdim. Bir müddət əvvəl məni adminstrasiyanın ictimai-siyasi şöbəsində qəbul etdilər. Orda mənə dedilər ki, saytda dövlətçilik əleyhinə yazılar getdiyi üçün “Delta Telekom” şirkətinə göstəriş veriblər və saytlarım bloklanıb. Eyni zamanda bildirdilər ki, blok qaldırılacaq”, deyən jurnalistin sözlərinə görə artıq saytların 6-nın da bloku götürülb.

Azərbaycanda internet təchizatını “Delta Telekom” şirkəti həyata keçirir. Şirkət bundan əvvəl bir neçə dəfə xəbər saytlarına blok qoyması barədə xəbərləri təkzib edib.

Azərbaycanda təcrübədə internet saytlarının iki formada bloklanmasına rəst gəlinir. Bəzi hallarda saytlara ölkə ərazisindən giriş mümkün olmur. Əlaqəli dövlət qurumları isə həmin sayta girişə heç bir blokun qoyulmadığını bildirirlər. Mütəxəssislər bunu qanunsuz müdaxilə hesabe dirlər.

Azərbaycanda saytların qanuni yolla bloklanmasına, əsasən, ötən il, 2017-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununa edilən dəyişikliklərdən sonra başlanıb. Həmin vaxtdan satlara giriş məhkəmə qaydasında məhdudlaşdırılır. Bunun üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəməyə müraciət etməsi tələb olunur.

2017-ci il martın sonundan AzadlıqRadiosu.az daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Mayın 12-də isə Səbail Rayon Məhkəməsi bununla bağlı qərar verib. Söhbət AzadlıqRadiosunun, “Azadlıq” qəzetinin, MeydanTV-nin, TuranTV-nin və “Azərbaycan saatı” televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Bu yaxınlarda, avqustda yerli məhkəmələr daha bir neçə saytın blok edilməsi haqda qərar qəbul ediblər. Avqustun 7-də az24saat.org , xural.com, arqument.azvə daha 2 saytın saytın bloklanması ilə bağlı qərarlar verilib. Bloklanan saytlar böhtan yazılar yaymaqda günahlandırılırdı. Hərçənd sayt rəhbərləri bunu qəbul etmirdilər.

Apellyasiya məhkəməsi arqument.az saytının blokunu qaldırıb, ancaq digər saytlar barəsində çıxarılmış qərarlar qüvvədə saxlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib