Dərc edilib: 14-10-2018

https://www.nuh.az/17534-.html

Həbib Floyd Meyvezeri döyüşə çağırdı: "Bir kral var, o da mənəm" (VİDEO)

14.10.2018 12:18:03

İdman

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə məşqçi Dejuan Bleyk"Instagram" hesabında video paylaşıb.
"Hə, Floyd! İndi döyüşməliyik. Mənim 27-mə qarşı sənin 50 qələbən. Məğlub olan iki adam. Hə, niyə də olmasın? Meşədə sadəcə bir kral var. O da əlbəttə ki, mənəm. Çünki sən Makqreqoru rinqə sala bilmədin, amma mən bunu asanlıqla bacardım", - deyə Həbib amerikalı boksçuya səslənib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib