Dərc edilib: 15-10-2018

https://www.nuh.az/17540-.html

Almaniyada təyyarə insanların üzərinə düşdü - Ölənlər və yaralılar var

15.10.2018 11:15:54

Hadisə

Almaniyanın Hesse əyalətində “Cessna” tipli yüngülmühərrikli təyyarə insanların üzərinə düşüb.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən az 3 nəfərin öldüyü açıqlanıb. Daha 8 nəfər isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları cəlb olunub.

Təyyarənin düşməsinin səbəbi hələlik bilinmir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib