Dərc edilib: 16-10-2018

https://www.nuh.az/17556-.html

Etimad Əsədov vəfat etdi

16.10.2018 11:44:00

Mədəniyyət

Bu gün səhər saatlarında Qarabağ qazilər birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi. 

1963 - cü il təvəllüdlü E. Əsədov Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib. 

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi.

Allah rəhmət eləsin!

NUH informasiya agentliyi səhifəsindən çap edilib