Dərc edilib: 16-10-2018

https://www.nuh.az/17565-.html

Rəşad Cəbrayılov Elşən Cabbarovu tanımır ?

16.10.2018 15:30:58

Kriminal

Mətbuatda  yayılan məlumata görə, Səbail Rayon Məhkəməsində Daxili İşlər Nazirıiyi Baş İstintaq və Təhqiqat İdarəsinin təqdimatı əsasında Salyan rayon sakini, iş adamı, hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda şübhəli bilinən Cabbarov Elşən Mürsəl oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib və o,1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.


Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur.

Elşən Cabbarov Bulat Ağabəyovun “hərəkətlərini” gizli kamera ilə lentə alaraq onu yayıb biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinir. Eyni zamanda E.Cabbarov onu ifşa etməmək müqabilində B.Ağabəyovla 60 min manat, B.Ağabəyovun göstərişi ilə sürücüsü Azərlə isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib. Beləliklə, Elşən Cabbarov Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.3.2) və dələduzluq (178.3.2) maddələri ilə ağır cinayət törətməkdə ittiham olunur.

Bundan başqa, E.Cabbarovun Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilindiyi deyilir.

Qeyd edək ki, Elşən Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılırdı.

Əlbəttə, hədə-qorxu gələn, şantaj edən şəxs layiq olduğu cəzanı  alacaq. Bəs görəsən su-kanal idarəsinin müdirində  100 min manat haradandır ? 

NUH.az-a daxil olan məlumata görə, Elşən Cabbarov  təkcə Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu deyil, digər vəzifəli şəxsləri, hətta Salyan RİH başçısının müavinlərinə də hədə-qorxu gələrək  böyük miqdarda pul alıb. Sadəcə, həmin şəxslər bəlli səbəbdən şikayətçi deyillər. Həmin şəxslərdən biri də,  Salyan RİH başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılovdur.

Məsələ ilə bağlı Rəşad Cəbrayılovla telefon əlaqəsi saxladıq. Cəbrayılov bildirdi ki, bu barədə ümumiyyətlə, məlumatı yoxdur və Elşən Cabbarovu tanımır. 

Doğrudanmı,  icra başçısının müavini  qalmaqallı hadisənin qəhrəmanını, rayonda tanınmış biznesmeni tanımır ? 


 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib