Dərc edilib: 17-10-2018

https://www.nuh.az/17575-.html

Rövşən Lənkəranskinin adamı öldürüldü

17.10.2018 14:36:10

Dünya

Azərbaycanlı kriminal avtoritet Köçəri Sumqayıt qətlə yetirildi.
 
Bu barədə Criminal.Az saytına mərhumun "bratva"sı (dostu) Elnur Sumqayıtlı məlumat verib. O bildirdi ki, Köçəri ötən gün Ukraynanın paytaxtı Kiyev şəhərində atışma zamanı öldürülüb. 
Köçəri dəfn olunması üçün doğulduğu Bərdə rayonuna aparılıb. 
K.Sumqayıt mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin klanının üzvü olub. "Qanuni oğru" Dato Ağcabədinski, Dadaş və Ruslan qardaşları ilə yaxın münasibəti olub. K.Sumqayıt Azərbaycanda məhkumluq həyatı yaşayıb. Həbsxanada vəziyyət yaradıb. 
Atışmanın hansı qruplaşmalar arasında baş verməsi hələlik məlum deyil. Əlavə məlumat veriləcək. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib