Dərc edilib: 19-10-2018

https://www.nuh.az/17589-.html

Taleh Qaraşov Boladı kəndində sakinlərlə görüşdü

19.10.2018 14:19:27

Region

Dünən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun ən böyük kəndlərindən biri olan Boladı kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib. 

 “Qafqazinfo” xəbər verir rayonun hüquq-mühafizə orqanları, xidmət idarələri rəhbərlərinin, kütləvi informasiya vasitələri və kənd ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə İcra başçısı çıxış edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunun cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində ölkədə iqtisadiyyatın ilbəil artdığını, sosial-iqtisadi inkişafın daha da sürətləndiyini, vətəndaşların həyat şəraitinin durmadan yaxşılaşdığını diqqətə çatdırıb. İcra başçısı ölkə Prezidentinin ardıcıl sərəncamları hesabına Lənkəran şəhərinin, bütövlükdə rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndiyini və bu davamlı inkişafın Boladı kəndində də göz önündə olduğunu vurğulayan natiq kənd sakinlərinin bundan sonra da ictimai-siyasi həyatda fəal olacaqlarına, cənab Prezidentin misilsiz qayğısına əməli fəaliyyətləri ilə və Heydər Əliyev siyasi kursuna sadiqlik hissi ilə cavab verəcəklərinə, Azərbaycanın tərəqqisi naminə səylə çalışacaqlarına əmin olduğunu bildirib.

Qəbul zamanı çıxış edən kənd İcra nümayəndəsi və sakinlər dövlətin dəstəyi ilə kəndin sosial-iqtisadi inkişafı sahəsində bir sıra işlərin görüldüyünü, kəndin mərkəzi yonun asfaltlandığını, Boladı çayı üzərində körpünün əsaslı şəkildə təmir olunduğunu, kənd təsərrüfatı işlərinin sürətləndiyini, cari təsərrüfat ilində 69 hektar buğda, 40 hektar kartof, 3 hektar müxtəlif növ tərəvəzin becərdiyini, bu ilk dəfə olaraq 640 kq baramanın istehsal edildiyini, qaramalın sayının 3 min başa çatdırıldığını söyləyiblər.

Görüşü yekunlaşdıran İcra başçısı çıxışlarda qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib