Dərc edilib: 19-10-2018

https://www.nuh.az/17590-.html

Ramil Usubov Qalib Rəhimovu işdən çıxardı

19.10.2018 14:26:04

Hadisə

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Qalib Rəhimov işdən azad edilib. 

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. Xəbəri DİN-dən saytımıza təsdiqləyiblər. 

Onun pensiya yaşına çatması ilə əlaqədar işdən azad olunduğu bildirilir. 

Qeyd edək ki, Q. Rəhimov uzun müddətdir ki, bu vəzifədə çalışırdı. 

O, bir müddət əvvəl mətbuatın gündəminə oğlu Arif Rəhimovun  piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı gəlmişdi. A. Rəhimov məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib