Dərc edilib: 20-10-2018

https://www.nuh.az/17604-.html

Əliyev “Demirören Holding”in rəhbəri ilə söhbətləşib - Fotolar

20.10.2018 14:05:23

Siyasət

Xəbər verdiyimiz kimi, ötən gün İzmir şəhərində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” neft emalı zavodunun açılışı olub. 


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, açılışdan sonra İlham Əliyevlə Rəcəb Tayyip Ərdoğan “Demirören Holding”in idarə heyətinin rəhbəri Yıldırım Demirörənlə salamlaşıb, bir müddət söhbət ediblər. 

Mərasimdən sonra hər iki ölkə başçısı mətbuata qapalı 1,5 saatlıq təkbətək görüş keçiriblər. Liderlər görüşlə bağlı hər hansı açıqlama verməyiblər. 

Qeyd edək ki, “Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Energetika, daşınmaz əmlak, tikinti, təhsil, liman sahələrini özündə birləşdirən “Demirörən” “Hürriyet”, “Milliyet”, “Vatan”, “Posta”, “CNNTürk”, “Fanatik” və “Doğan Haber Ajansı” kimi ölkənin ən iri media qrupuna sahib holdingidir.   

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib