Nazir müavini İlham Quliyev vəzifəsindən azad edildi
Bir neçə nazirin müavini olan və nazirliyin "kassir"i sayılan İlham Quliyev vəzifəsindən azad edilib.
NUH.az-a daxil olan məlumata görə, uzun illər kənd təsərrüfatı nazirinin müavini olan İlham Quliyev vəzifəsindən azad edilib.
Məlumat üçün bildirək ki, İlham Quliyev keçmiş nazirlər İsmət Abbasovun, Heydər Əsədovun müavini olub.
O, uzun illərdir nazirlikdə maliyyə və fermerlərə ayrılan subsidiya məsələlərinə nəzarət edirdi.
Onun Bakı şəhərində və bölgələrdə KİFAYƏT qədər geniş biznes şəbəkəsi var.