Dərc edilib: 22-10-2018

https://www.nuh.az/17623-.html

İlham Əliyev İmişliyə getdi

22.10.2018 13:34:07

Siyasət

Prezident İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev prezidentə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

***

Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi açılışında iştirak edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib