Dərc edilib: 23-10-2018

https://www.nuh.az/17635-.html

Corc Sorosa evində sui-qəsd cəhdi - Poçt qutusuna...

23.10.2018 13:27:44

İdman

Amerikalı milyarder Corc Sorosu öldürməyə cəhd ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər Sorosun poçt qutusuna partlayıcı qurğu yerləşdiriblər. Yerli polisin məlumatına görə, bombanı milyarderin Bedforddakı iqamətgahında çalışan işçisi tapıb. O, qurğu olan paketi kimsəsiz yerə aparıb və polisə məlumat verib. Hadisə yerinə gələn mütəxəssislər qurğunu zərərsizləşdiriblər. 

Hazırda Sorosun evində qalmadığı bildirilir. 

Daha əvvəl Macarıstan hakimiyyəti Corc Sorosun fondunu ölkənin daxili siyasətinə qarışmaqda şübhəli bilərək ofisini Budapeştdən çıxarmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib