Dərc edilib: 23-10-2018

https://www.nuh.az/17639-.html

Nazirlikdən xəbərdarlıq: güclü külək əsəcək

23.10.2018 16:27:32

LIVE

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Qaynarinfo-ya daxil olan məlumata görə, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Abşeron yarımadasında və bəzi rayonlarda arabir güclənən cənub-qərb küləyi əsəcək.
Qeyd edək ki, sabahın hava proqnozuna əsasən, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib